Dövlət başçısı İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsini təsdiqləyib
![](/uploads/posts/2025-02/1739188988_1739188920591.png)
Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsini təsdiqləyib.
Reportyor.az bildirir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bu il Fondun gəlirləri 2 milyard 571 milyon 690 min manat, əvvəlki illərdə istifadə olunmamış vəsaitləri 370 milyon manat, Fondun xərcləri isə 2 milyard 941 milyon 690 min manat olmaqla təsdiqlənib.
2024-cü ildə müqayisədə Fondun büdcəsi 4,6 % artırılıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 16:13