mobil versiya

İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlirləri və xərcləri artırılıb



İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlirləri və xərcləri artırılıb.
Prezident İlham Əliyev bununla bağlı “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 milyard 811 milyon 428 min 292 manatdan 2 milyard 850 milyon 308 min 292 manata qaldırılıb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 29-07-2024, 14:44