mobil versiya

İcbari tibbi sığorta fondunun büdcəsində dəyişiklik edilib



Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” 30 dekabr 2022-ci il tarixli fərmanında dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin builki xərcləri 2 241 239 633 manatdan 2 301 959 633 manata çatdırılıb.
O cümlədən icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği 1 803 778 570 manatdan 1 873 778 570 manata dəyişdirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1 653 778 570 manatdan 1 625 778 570 manata dəyişdirilib.
TƏBİB-in tabeliyində olmayan tibb müəssisələrindən tibbi xidmətlərin alışı üzrə sığorta ödənişləri 150 000 000 manatdan 248 000 000 manat dəyişdirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini və TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının və kadr təminatının maliyyələşdirilməsi xərcləri 174 809 683 manatdan 165 529 683 manata dəyişdirilib.
İşğaldan azad olunmuş ərazilərdə mobil hospitalların saxlanma xərcləri 4 000 000 manatdan 2 720 000 manata dəyişdirilib.
Tibb müəssisələrində daşınmaz əmlakın əsaslı təmiri, kənd yerlərində modul tipli tibb məntəqələrinin tikintisi və quraşdırılması xərcləri 50 000 000 manatdan 30 000 000 manata dəyişdirilib.
Tibb müəssisələri üçün zəruri tibbi avadanlıq və inventarın alınması xərcləri 40 000 000 manatdan 55 000 000 manata dəyişdirilib.
Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər 10 000 000 manatdan 7 000 000 manata dəyişdirilib.
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri 70 000 000 manatdan 9 280 000 manata dəyişdirilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 25-12-2023, 12:32