mobil versiya

Səudiyyə Ərəbistanı uşaqları Həcc ziyarətinə buraxmayacaq


Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci il Həcc mövsümü zamanı zəvvarlara özləri ilə uşaqları da gətirməyi qadağan edib.

Reportyor.az ərəb mediasına istinadən xəbər verir ki, qərar hər il zəvvarların sayının çoxluğundan yaranan böyük sıxlığı nəzərə alaraq, uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edilib.

Nazirlik Həcc mövsümünün daha rahat təşkil edilməsi üçün zəvvarların təhlükəsizliyinin təmin olunması istiqamətində bir neçə yeni qərar qəbul edib.

Təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmənin artırılması, zəvvarların hərəkətlərinin tənzimlənməsi və rəhbərlər üçün intellektual sistemin tətbiq edilməsi, komfortun artırılması və dini ayinlərin icrasının asanlaşdırılması üçün çadır düşərgələrinin və yolların modernləşdirilməsi yeni qərarlar arasındadır.
Nazirlik, bu mövsümdə iştirak üçün əsas üstünlüyü daha əvvəl Həcc ziyarətində iştirak etməyənlərə veriləcək.
2025-ci il Həcc mövsümünə qeydiyyat artıq Səudiyyə Ərəbistanı vətəndaşları və rezidentləri üçün rəsmən açıq elan olunub. Zəvvarlar “Nusuk” tətbiqi və rəsmi onlayn portal vasitəsilə qeydiyyatdan keçə biləcəklər.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 18:36