Binəqədidə qanunsuz fəaliyyət göstərən su emalı müəssisəsi aşkarlanıb
![](/uploads/posts/2025-02/1739440980_1739440925175.png)
Daxil olan müraciət əsasında Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən, fiziki şəxs Aslanov Elxan Məhərrəm oğluna məxsus su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı nöqsanlar aşkarlanıb.
Reportyor.az AQTA-ya istinadla xəbər verir ki, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə texnoloji ardıcıllıq prinsipinin pozulduğu, çənlərin və su filtrlərinin mütəmadi olaraq təmizlənmədiyi, məhsulların etiketində istehsalçı, ünvan, istehsal və istifadə tarixləri barədə məlumatların qeyd edilmədiyi, eyni zamanda başqa istehsalçılara məxsus etiketlərdən istifadə olunduğu müəyyən edilib.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. 92 ədəd 19 litrlik qablaşdırılmış su və 181 ədəd 19 litrlik qablaşdırma materialı saxlanca qoyulub. Qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
![](/uploads/posts/2025-02/1739440976_1739440945565.png)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:43