Yanvar ayında içki və siqaretə nə qədər pul xərclənib?
![](/uploads/posts/2025-02/1739454664_1739454605453.jpeg)
Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 230.3 milyon manat xərclənib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 0,7% çoxdur.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,7%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 14,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6%-i avtomobil benzini və dizel yanacağının, 4,6%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 18:06