mobil versiya

Azərbaycanda yeddi ayda satılan məhsulların məbləği açıqlanıb



2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,3 milyard manatlıq, o cümlədən 17,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Qeyd edilib ki, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9%, qeyri-ərzaq malları üzrə 5,3% artıb.
2024-cü ilin yanvar-iyul aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-08-2024, 12:34