mobil versiya

Bakıya qar yağacaq



Bu ayın sonlarına yaxın Bakıda və Abşeron yarımadasında qarlı hava şəraitinin müşahidə olunacağı istisna edilmir.

Reportyor.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

“Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında da yağış yağır. Bu cür yağıntılı hava şəraitinin fevralın 15-nə qədər davam etməsi gözlənilir. Sabahdan etibarən ölkə ərazisində yağıntıların tədricən kəsiləcəyi və bir neçə gün ərzində sabit hava şəraitinin davam edəcəyi ehtimal olunur.

Hazırda qış mövsümünə uyğun olaraq növbəti günlərdə hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ehtimalı böyükdür. Ölkəmizə şimal istiqamətindən soyuq hava kütlələrinin daxil olması gözlənilir. Bu cür soyuq hava siklonlarının daxil olması nəticəsində havanın temperaturunun enməsi və qar yağması kimi proseslərin müşahidə olunması istisna deyil. Odur ki, ayın sonlarına yaxın ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qarlı hava şəraitinin olması istisna edilmir”, - deyə N.Mahmudov bildirib.

KARUSEL / ÖLKƏ
Tarix: 14-02-2025, 16:56