İsrail Livanın Sidon bölgəsində avtomobili hədəfə alıb

İsrailin bu gün Livanın Sidon şəhərində bir avtomobilə endirdiyi zərbə, İsrail və Hizbullah arasında əldə olunan atəşkəs müddətindən bir gün əvvəl, bir nəfərin ölümünə səbəb olub.
Reportyor.az xəbər verir ki, bu barədə rəsmi National News Agency məlumat yayıb.
Livandakı iki təhlükəsizlik mənbəsinin bildirdiyinə görə, avtomobil Fələstinin HƏMAS silahlı qruplaşmasının rəsmisini hədəf alıb.
Livanın dövlət xəbər agentliyi xilasedicilərin avtomobildən bir cəsədi çıxardıqlarını, lakin qurbanın şəxsiyyətini müəyyənləşdirmədiyini bildirib.
Yanğınsöndürənlər yanğını söndürdükdən sonra Sidonda İsrailin hücumu zamanı hədəfə alınan avtomobildən bir cəsəd çıxarılıb.
KARUSEL / DÜNYA
Tarix: 17-02-2025, 14:45