“Nağıllar aləmində” yenidən nümayiş olunacaq

Fevralın 19-da Şuşa Dövlət Musiqili Dram Teatrında “Nağıllar aləmində” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Teatrdan bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Tamaşada müxtəlif xalqların nağıl qəhrəmanları öz ölkələrinin mədəniyyətindən və tarixindən danışır. Səhnə əsəri rəngarəng musiqi nömrələri ilə zəngindir.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 17-02-2025, 16:46