mobil versiya

Akademik Milli Dram Teatrında “İblis və...” tamaşasına daxili baxış keçirilib



Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İblis və...” tamaşasına daxili baxış keçirilib.
Teatrdan bildirilib ki, səhnə əsəri Bədii Şuranın müzakirəsindən sonra qəbul olunub.
Tamaşanın premyerasının sentyabrda Aleksandrinski Teatrında (Sankt-Peterburq) reallaşması nəzərdə tutulub. Səhnə əsəri Akademik Milli Dram Teatrında oktyabrın 4-dən 6-dək tamaşaçıların ixtiyarına veriləcək.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı isə Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.
Görkəmli dramaturq Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 18-07-2024, 15:55