mobil versiya

“Qaraca qız” tamaşasının premyerası olacaq



Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Süleyman Sani Axundovun və Abdulla Şaiqin “Qaraca qız” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın premyerası olacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, yeni yaradıcılıq işinin ilk nümayişi iyunun 2-də keçiriləcək.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyev, rəssamı Nisə Hətəmova, musiqi tərtibatçısı İradə Muradovadır.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 22-05-2024, 17:03