mobil versiya

Payraxtın ictimai iaşə dövriyyəsi 245 milyon manat artıb



Ötən il Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1,7 milyard manat olub.

Reportyor.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,8 faiz və ya 245 milyon manat çoxdur. Belə ki, 2023-cü ildə Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1,45 milyard manat idi.
Öətn il Bakıda hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 938,9 milyon manat olub ki, bu da ümumi dövriyyənin 55,4 faizini təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü illə müqayisədə real ifadədə 13,2 faiz artaraq 2 milyard 374,3 milyon manat təşkil edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-02-2025, 11:34