mobil versiya

Bu il kafe və restoranların gəliri nə qədər olub?



2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1% artaraq 1 milyard 877 milyon manat olub.

Dövlət Statistika Komitəsi xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,5 faiz, bitkiçilik məhsulları üzrə isə 0,5 faiz artıb.
Qeyd edək ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2%-i hüquqi şəxslərin, 48,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 12,9% artaraq 953 milyon manat olub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:59