mobil versiya

Sosial sığorta haqları üzrə daxilolmalar artıb



2024-cü ilin yanvar-iyun ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,8 milyard manata yaxın olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz və ya 237,3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq, 1,8 milyard manatdan çox olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artaraq, 100 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,7 faiz artaraq 74,6 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 7,7 faiz artaraq, 486,8 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,3 faiz artaraq, 340,6 milyon manatdan çox olub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 11-07-2024, 11:01