mobil versiya

İndoneziyanın qərbində 5,2 bal gücündə zəlzələ baş verib





İndoneziyanın qərbində, Açe əyalətində Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.

Reportyor.az xəbər verir ki, İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) zəlzələnin episentrinin Banda Aceh şəhərindən 103 km cənub-qərbdə, 10 km dərinlikdə olduğunu bildirib.

Zərərçəkənlər və maddi ziyan barədə məlumat yoxdur.

İndoneziya bir çox tektonik plitələrin birləşdiyi və tez-tez vulkanik və seysmik fəaliyyətə səbəb olduğu Sakit Okean Atəş Halqasında yerləşdiyi üçün müntəzəm olaraq zəlzələlərə məruz qalır.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 10:12