mobil versiya

Əlcəzairdə 4,9 bal gücündə zəlzələ baş verib




Bazar ertəsi səhər saatlarında Əlcəzairin paytaxtının qərbində yerləşən Çlef əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.

Reportyor.az xəbər verir ki, Astronomiya, Astrofizika və Geofizika Araşdırmaları Mərkəzinin məlumatına görə, zəlzələ Zeboudcadan 3 kilometr şimalda, Çlef əyalətində baş verib.

Hələlik tələfat və dağıntılar barədə məlumat verilmir.
KARUSEL / DÜNYA
Tarix: 16-12-2024, 13:56