Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Reportyor.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək.
"Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.
Qeyd edək ki, 25 fevral 2025-ci il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək",- deyə məlumata əlavə edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 14:13