mobil versiya

Səfir: "Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb"



Küveyt Dövlətinin 64-cü Milli Günü və 34-cü Qurtuluş Gününün ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Reportyor.az xəbər verir ki, qonaqları salamlayan Küveytin ölkəmizdəki səfiri Məhəmməd Feysal əl-Mutairi deyib ki, Küveytlə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksək səviyyədə əlaqələr mövcuddur.

“Siyasi əlaqələrdən bəhs edərkən qeyd etmək lazımdır ki, Küveytlə  Azərbaycan arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi sahəsində, həmçinin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək əməkdaşlıq və koordinasiya mövcuddur. Bu münasibətlə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un yüksək səviyyədə təşkilinə görə dost Azərbaycan respublikasını ürəkdən təbrik edirəm. Qeyd etmək istərdim ki, COP29 Liderlər Sammitində Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabahın nümayəndəsi Vəliəhd Şeyx Sabah Xalid əl-Hamad əl-Sabah da iştirak edib və tədbir çərçivəsində müxtəlif dünya liderləri, o cümlədən dost Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirib. Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsilə bağlı fikir mübadiləsi aparılıb” deyən səfir diqqətə çatdırıb ki, ötən həftə Küveytlə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçirilib və nəticələri çox səmərəli olub".

Diplomat uğurlu ikitərəfli əməkdaşlığın digər nümunəsi olaraq vurğulayıb ki, bu ilin aprel ayında hər iki ölkənin xarici işlər nazirlərinin rəhbərlik etdiyi hökumətlərarası Birgə Komissiyanın növbəti - üçüncü iclası keçiriləcək. Bu komissiyanın əsas fəaliyyət istiqaməti hər iki ölkənin müvafiq qurumları arasında müxtəlif sahələrdə, xüsusilə investisiya, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsindən ibarətdir. Səfir ümid edir ki, komissiyanın növbəti iclası hər iki ölkənin rəhbərliyinin dəstəyi, eləcə də bir sıra sahələrdə saziş və anlaşma memorandumlarının imzalanması ilə əlaqələrimizin inkişafı istiqamətində yeni imkanlar yaradacaq.
Məhəmməd Feysal əl-Mutairi turizm sahəsinə toxunaraq qeyd edib ki, Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb. Belə ki, 2024-cü il ərzində Azərbaycana gələn küveytli turistlərin sayı 2023-cü illə müqayisədə daha da artaraq 31400 nəfərə yaxın olub. Diplomat, hazırda iki ölkə arasında həftədə 4 aviareys həyata keçirildiyini diqqətə çatdırıb.


Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərindən bəhs edən diplomat deyib ki, tələbə və təcrübə mübadiləsi, ortaq təhsil proqramlarının həyata keçirilməsi, universitetlər arasında əlaqələrin qurulması və s. yollarla bu əməkdaşlığı inkişaf etdirmək mümkündür. Bununla əlaqədar olaraq, ölkələrimizin bir-birinə yaxınlaşmasında təhsilin rolu və əhəmiyyətinə olan inamından çıxış edərək, Küveyt Dövləti Küveyt Universiteti nəzdində faəliyyət göstərən Dil Tədris Mərkəzində ərəb dilinin tədrisi ilə bağlı Azərbaycan vətəndaşlarına hər il yeddi vakant yer ayırır.
"Həmçinin mən dost xalqlarımızın mənafeyi naminə azərbaycanlı dostlarımız və həmkarlarımızla iqtisadi, ticarət, investisiya və s. sahələrdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və bu sahələrdə ortaq layihə və proqramların həyata keçirilməsinə səy göstərəcəm".


Azərbaycan hökuməti adından Küveyt xalqının təbrik edən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirib ki, 1994-cü ildən etibarən qurulan diplomatik əlaqələr daim inkişaf edib və bu gün də möhkəmlənməkdədir.

"Azərbaycanla Küveyt arasında əməkdaşIıq əlaqələri təkcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam edir. Xüsusilə, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər mühüm beynəlxalq platformalar daxilində fəal əməkdaşlıq aparılır", - deyə nazir müavini əlavə edib.



KARUSEL / SİYASƏT
Tarix: 20-02-2025, 20:08