mobil versiya

Səfirlik Mərakeşə kəşf səfəri öncəsi Azərbaycan turizm agentlikləri üçün məlumat görüşü təşkil edib



 
Mərakeşin Azərbaycan turizm agentliklərinə səyahət məkanı kimi təbliği çərçivəsində Mərakeş Krallığının Bakıdakı Səfirliyi fevralın 20-də ölkənin xarici turizm üzrə ixtisaslaşan 10-a yaxın ən böyük turizm agentliyi üçün məlumatlandırma görüşü təşkil edib.

Bu barədə səfirlikdən Reportyor.az saytına bildirilib.

Bu agentliklər tanışlıq səfərinin bir hissəsi olaraq bir neçə gündən sonra Mərakeşə gedəcək və onlar Mərakeşin təklif etdiyi turistik fürsətləri kəşf edəcək, Mərakeşdə turizm sektorunun peşəkarları ilə tanış olacaq və öz səyahət proqramlarını zənginləşdirmək imkanı əldə edəcəklər. Bu layihə təşəbbüsü Səfirliyin yüzə yaxın Azərbaycan turizm agentliyi və bu yaxınlarda Mərakeşə səfər etmiş turist nümunəsi ilə apardığı bazar araşdırması ilə dəstəklənən strateji yanaşmanın bir hissəsidir.

Bu münasibətlə Krallıən Bakıdakı səfiri Adil Embarch, Mərakeş turizminin mədəniyyəti, dənizkənarını, rifahı, qastronomiyanı və başqa macəraları özündə birləşdirən zənginliyini və müxtəlifliyini vurğulayıb. O, həmçinin başda min illik tarixi, irsinin müxtəlifliyi və Mərakeşlilərin əfsanəvi qonaqpərvərliyi olmaqla, Mərakeş Krallığını unikal və unudulmaz bir məkana çevirən bir çox sərvətləri qeyd edib.

İştirakçılar həmçinin Mərakeş səfərlərindən yaddaqalan xatirələrini bölüşən beynəlxalq incəsənət, kino və moda dünyasının məşhurlarının ifadələrini kəşf etmək imkanı əldə ediblər. Axşam isə səyahət agentləri Mərakeş kulinariya sənətinin zənginliyini və incəliyini əks etdirən bir sıra emblematik yeməklərdən dadaraq Mərakeş qastronomiyası ilə tanış olublar. 
Bu təşəbbüs Mərakeşin Azərbaycan bazarında tanıdılmasında əsas tərəfdaşlar olan Mərakeş Milli Turizm Ofisi (MMTO) və Türk Hava Yollarının dəstəyindən faydalanır.

Xatırlanmalıdır ki, ötən avqustun sonunda qüvvəyə minən Mərakeş və Azərbaycan arasında vizadan azad edilmə sazişi iki ölkə arasında turist axınının əhəmiyyətli dərəcədə artmasına kömək etdi ki, bu da azərbaycanlı səyahətçilərin Mərakeş istiqamətinə artan marağının göstəricisidir.




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 14:21