mobil versiya

Hulusi Akar Milli Xalça Muzeyində olub



Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akar, millət vəkilləri Mehmet Muş, Feyzi Berdibek və digər rəsmi şəxslər Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər.

Reportyor.az xəbər verir ki, qonaqlara daimi ekspozisiyada nümayiş olunan xalqımızın zəngin milli irs nümunələri, kolleksiyalarda qorunub saxlanılan unikal sənət əsərləri haqqında məlumat verilib.

Onlar həmçinin Zərgərlik fondu və “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi ilə tanış olublar.



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 15:03