Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi keçirilir
Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi davam edir.
Reportyor.az xəbər verir ki, muzey burada nümayiş olunan unikal xalça nümunələrindən birini – XVII əsrin sonlarına aid islimi naxışlı, əfşan kompozisiyalı Qarabağ xalçasını təqdim edir.
Xatırladaq ki, sərgidə yer alan XVII-XVIII əsrlərə aid nadir sənət nümunələri əslən azərbaycanlı olan ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasındandır. Onlar vaxtilə Cim Diksonun kolleksiyasında qorunub saxlanılıb.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 11:27