“Xalçalarda musiqi” adlı sərgi davam edir
Azərbaycan Milli Xalça Muzeyində Milli Musiqi Günü çərçivəsində təşkil olunan “Xalçalarda musiqi” sərgisi davam edir.
Sərgidə qobelen üzrə tanınmış rəssam Pavel Kuzmenkonun milli musiqimizi tərənnüm edən bir neçə əsəri nümayiş olunur.
Pavel Kuzmenko musiqi mövzusunu öz yaradıcılığında sevərək təcəssüm etdirib. O, sərgidə yer alan “Musiqiçilər” əsərini Azərbaycan musiqisinə bəslədiyi xüsusi məhəbbətlə ərsəyə gətirib. Bu süjetli kompozisiyada musiqi ilə rəsmin, ahəngdar koloritin gözəl vəhdəti var. Eyni duyğu və hissləri incə stilizə, obrazın plastik həlli, xalça naxışları ilə işlənmiş “Kamançaçı” və eləcə də “Muğam sədası” qobelenlərində izləmək mümkündür
KARUSEL / MƏDƏNİYYƏT

Tarix: 22-09-2023, 14:51