mobil versiya

Nazirliyin fəaliyyət sahələri üzrə 64 min e-arayış verilib



2025-ci ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 64 min elektron arayış verilib.

Reportyor.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində 30-dan çox e-arayış xidməti yaradılıb.
Bu e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır.

KARUSEL / SOSİAL
Tarix: Dünən, 11:18