mobil versiya

FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 53 nəfər xilas edilib



Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 501 yanğına çıxış, 40 köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Reportyor.az bildirir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, dörülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 9-u azyaşlı olmaqla 53 nəfər xilas edilib, 28 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, 11 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.



KARUSEL / HADİSƏ
Tarix: 1-04-2025, 11:23