Türkiyədən idxal edilən 17800 gilas tingi məhv edilib

Əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal edilən gilas tinglərindən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.
Reportyor.az xəbər verir ki, AQTA-ının məlumatına görə, aparılan müayinələr nəticəsində Çəyirdəklilərin bakterial ləkəliyi (Xanthomonas arboricola pv.Pruni) xəstəliyi aşkarlanıb. Fitosanitar karantin tələblərinə cavab verməyən sözügedən yük partiyası ilə bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək 17800 gilas tingi məhv edilib.
Qeyd edək ki, Çəyirdəklilərin bakterial ləkəliyi patogen bağçılıq təsərrüfatlarına ciddi zərərvurma potensialına malik olmaqla, məhsuldarlığın və keyfiyyət göstəricilərinin azalmasına səbəb olur.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-04-2025, 15:01