mobil versiya

Nazir: “Məktəbli avtobusu” layihəsi tətbiq olunacaq



Yeni tədris ilindən “Məktəbli avtobusu” layihəsi tətbiq olunacaq.

Reportyor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, hazırda layihə sınaq mərhələsindədir: “Nəqliyyatın demək olar ki, ən sıx olduğu məktəblərdə bu layihə sınaqdan keçirilir. Hazırda bu layihənin hansı məktəblərdə tətbiq olunduğunu açıqlamaq düzgün deyil. Layihə tam tətbiq edilən zaman məktəblərin də adları məlum olacaq”.

KARUSEL / CƏMİYYƏT
Tarix: 8-04-2025, 13:07