Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aprel ayının 6-da Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ümumi çəkisi 14 kiloqram 240 qram narkotik vasitənin (14 kq 200 qram marixuana; 40 qram metamfetamin) İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 15-04-2025, 12:02