mobil versiya

Azərbaycan kuboku: Bu gün yarımfinalın cavab oyunları keçiriləcək




Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Reportyor.az xəbər verir ki, günün ilk oyununda “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək. İlk matçda  “Qarabağ” minimal hesabla məğlub olub.

Finala vəsiqə uğrunda digər qarşılaşma “Sabah”la “Neftçi” arasında keçiriləcək. Bu komandaların ilk duelində Masazır təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

Azərbaycan kuboku 
Yarımfinal, cavab oyunları
23 aprel
17:00. Qarabağ – Araz-Naxçıvan
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev.
VAR: Kamal Umudlu.
AVAR: Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1.
20:00. Sabah – Neftçi
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bank Respublika Arena”
İlk oyun – 2:1.


KARUSEL / İDMAN
Tarix: 23-04-2025, 10:24