Rusiya pilotsuz təyyarəsinin Ukraynanın Pavlohrad şəhərinə endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Rusiya qüvvələrinin Ukraynanın Dnepropetrovsk vilayətində Pavlohrad şəhərinə pilotsuz təyyarə ilə hücumu ilkin olaraq 76 yaşlı qadının ölümü və 8 nəfərin yaralanması ilə nəticələnib.
Reportyor.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Serxii Lısak bildirib.
“İlkin məlumatlara görə, bir nəfər ölüb - 76 yaşlı qadın. Ukrayna Milli Xəbər Agentliyinə (Ukrinform) istinadən verdiyi məlumata görə, daha səkkiz nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır”.
Bundan əlavə, Rusiya qüvvələri Sinelnıkove və Samarski rayonlarını hədəfə alıb, sənaye obyektlərinə zərbələr endirib və növbəti yanğınlar törədib.
KARUSEL / DÜNYA
Tarix: 25-04-2025, 14:27