Yəmən husiləri ABŞ-ın Səadaya hücumundan sonra 68 cəsəd tapıb

ABŞ-ın Səadaya endirdiyi afrikalı miqrantların saxlanma mərkəzinə endirdiyi zərbədən sonra Yəməndə 68 cəsəd tapılıb, 47 nəfər yaralanıb.
Reportyor.az xəbər verir ki, bu barədə bazar ertəsi Yəmənin Husilər tərəfindən idarə olunan Al Masirah telekanalı məlumat yayıb.
Saada husilərin qalasıdır və əvvəllər də ABŞ-ın zərbələrində hədəfə alınıb.
Yəmənin Daxili İşlər Nazirliyinin məlumatına görə, həbsxanada 115 afrikalı miqrant yerləşdirilib.
ABŞ prezidenti Donald Tramp İranın dəstəklədiyi Husi qüvvələrini hədəf alan hərbi əməliyyatları gücləndirərək, bu ayın əvvəlində Qırmızı dənizdəki yanacaq terminalına ən azı 74 nəfərin ölümü ilə nəticələnən ən qanlı zərbəni endirib.
Vaşinqton husilər Qırmızı dəniz gəmiçiliyinə hücumlarını dayandırana qədər onlara qarşı hücumlarını davam etdirməyə söz verib.
Son on ildə Yəməndə əhəmiyyətli əraziləri ələ keçirən husilər 2023-cü ilin noyabr ayından etibarən Qəzzadakı qarşıdurma zamanı fələstinlilərə dəstək olaraq İsraillə əlaqəli gəmiləri hədəf aldığını iddia edərək, Qırmızı dəniz gəmilərinə çoxsaylı pilotsuz təyyarələr və raket zərbələri endiriblər.
KARUSEL / DÜNYA
Tarix: 28-04-2025, 11:36