mobil versiya

ANAMA-nın əməkdaşı minaya düşüb



Aprelin 28-də Qazax rayonunun işğaldan azad edilmiş Qızılhacılı kəndi ərazisində mina hadisəsi baş verib.

Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Agentliyin əməkdaşı, 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrindən yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

KARUSEL / HADİSƏ
Tarix: 28-04-2025, 13:34