Aprel ayında zəhərlənənlərin sayı açıqlanıb

Aprel ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 126 nəfər qəbul edilib.
Reportyor.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzindən məlumat verilib.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 68 nəfər dərman, 34 nəfər sirkə turşusu, 1-i spirtli içki, 6-sı ilan sancması, həmçinin 4 nəfər dəm qazı, 5 nəfər allergik reaksiya, 4 nəfər botulizm, 1 nəfər anafilaktik şok, 1 nəfər yandırıcı məhlul, 1 nəfər neft məhlulu, 1 nəfər isə yabanı bitkilərdən zəhərlənib.
Həkimlərin səylərinə baxmayaraq, onlardan 4-ü (3 kişi və 1 qadın) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 1-05-2025, 09:45