Sosial şəbəkələrdə müxtəlif mağazalar şəbəkəsinin adından fişinq kampaniyası həyata keçirilir - DİN xəbərdarlıq edir

Daxili İşlər Nazirliyi (DİN) növbəti dəfə vətəndaşlara müraciət edib.
Bildirilir ki, sosial şəbəkələrdə müxtəlif mağazalar şəbəkəsinin adından fişinq kampaniyası həyata keçirilir. Belə ki, dələduzlar sosial şəbəkələrin sponsorlu reklam xidmətindən istifadə edərək saxta hesablar vasitəsilə müxtəlif məhsulları hədiyyə kimi və ya dəyərindən aşağı qiymətlərlə vətəndaşlara təklif edir.
Reportyor.az xəbər verir ki, müraciətdə qeyd edilir ki, dələduzların əsas məqsədi paylaşımdakı saxta keçid vasitəsilə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirməkdir.
Daxili İşlər Nazirliyi vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, hər hansı qurumun adından həyata keçirilən kampaniyalarla rastlaşdıqda, müvafiq məlumatı həmin qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 2-05-2025, 12:44