mobil versiya

Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq




Bakıda və Abşeron yarımadasında mayın 5-dən 6-na keçən gecə və səhər yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı və qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı gözlənilir.

Reportyor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq məlumatı yayıb. 

Bildirilir ki, rzərbaycanın rayonlarında isə müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraitinin mayın 7-si gündüzədək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

KARUSEL / ÖLKƏ
Tarix: 5-05-2025, 15:13