mobil versiya

Qəbul imtahanının ikinci mərhələsinin qeydiyyat tarixi açıqlanıb



I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanında iştirak etmək üçün Abituriyentlər 26 may-8 iyun tarixlərində qeydiyyatdan keçə bilərlər.

Reportyor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sözügedən imtahanda iştirak etmək istəyən abituriyentlər DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq qeydiyyatdan keçə bilərlər.Qeyd edək ki, II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə 13 iyul, coğrafiya fənni üzrə əlavə imtahan isə 13 iyul tarixlərində qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanı keçiriləcək.

KARUSEL / CƏMİYYƏT
Tarix: 6-05-2025, 13:05