Suriya lideri ilk Avropa səfəri üçün Fransaya yola düşüb

Suriya prezidenti Əhməd əl-Şaraa dekabrda Bəşər Əsədin devrilməsindən sonra ilk Avropa səfəri olan Parisə bu gün səfər edir.
Reportyor.az xarici KİV-ə istinadla xəbər verir ki, Fransa rəsmiləri bildiriblər ki, iki lider Suriyanın suverenliyi və təhlükəsizliyinin necə təmin ediləcəyini, ələvilərə və druzlara qarşı son hücumlardan sonra azlıqların rəftarını, İŞİD yaraqlılarına qarşı terrorla mübarizə səylərini, yardım və iqtisadi dəstəyin koordinasiyasını, o cümlədən sanksiyaların yumşaldılmasını müzakirə edəcəklər.
"Suriyanın üzləşdiyi böyük çətinlikləri nəzərə alaraq, Fransadan və Suriyanın əsas beynəlxalq tərəfdaşlarından dəstək gözləntilərinin olduğu aydındır" deyən Fransa prezidentliyinin rəsmisi, Parisin Şəranın keçmiş ekstremist əlaqələri ilə bağlı sadəlövh olmadığını və keçid üçün tələblərini davam etdirdiyini deyib: “Beynəlxalq ictimaiyyətin Suriyada sabitliyi təmin etmək üçün oynamalı olduğu aydın rol var”.
KARUSEL / DÜNYA
Tarix: 7-05-2025, 09:19