mobil versiya

Düşənbədə “Ən yaxşı suvenirlər” festival-müsabiqəsi keçiriləcək




Tacikistan Respublikasının Əmək, Miqrasiya və Məşğulluq Nazirliyindən verilən məlumata görə, bu gün “Boqi İram” Dövlət Müəssisəsində “Ən yaxşı suvenirlər” festival-müsabiqəsi keçiriləcək.

Reportyor.az yerli mediaya istinadla bildirir ki, təcrübəli ustalar ənənəvi sənətkarlıq nümunələrini təqdim edəcəklər: müxtəlif tikmə, atlas və adras toxuculuq, kundal, ağac üzərində oyma, keramika, zərgərlik, daş emalı, dəri və digər xalq sənətləri.

Tədbirin məqsədi suvenir istehsalının inkişaf etdirilməsi, yüksək keyfiyyətli məhsulların təbliği, bu sahədə müasir tendensiyaların müəyyənləşdirilməsidir.

Festival milli rəmzləri əks etdirən suvenirlərin kütləviləşməsinə, ənənəvi sənətkarlığın canlanmasına, mədəni irsin qorunub saxlanmasına, estetik zövqün inkişafına, sənətkarların dəstəklənməsinə və həvəsləndirilməsinə xidmət edir.
KARUSEL / DÜNYA
Tarix: 13-05-2025, 14:35