Papa dünya liderləri arasında müharibələrə son qoymaq üçün vasitəçilik etməyi təklif edib

Papa XIV Leo müharibə vəziyyətində olan ölkələrin liderləri arasında vasitəçilik etməyi təklif edərək, özünün bu sülhün bərqərar olması üçün hər cür səy göstərəcəyini deyib.
Reportyor.az xəbər verir ki, o, bunu Şərqi Katolik Kilsələrinin toplantısında bildirib.
"Müqəddəs Taxt-Tac düşmənləri bir araya gətirməyə, üz-üzə, bir-biri ilə danışmağa həmişə kömək etməyə hazırdır ki, hər yerdə xalqlar bir daha ümid tapsınlar və layiq olduqları ləyaqəti, sülh ləyaqətini bərpa etsinlər. Dünyamızın xalqları sülh istəyir və onların liderlərinə bütün qəlbimlə müraciət edirəm: gəlin görüşək, danışaq, danışıqlar aparaq".
KARUSEL / DÜNYA
Tarix: 14-05-2025, 13:43