mobil versiya

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb



İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşünün başlayıb . Görüş Dolmabaxça sarayında baş tutur.

Ukrayna nümayəndə heyətinə Xarici İşlər naziri Andrey Sıbiqa, Müdafiə naziri Rustem Umerov, Prezident Ofisinin başçısı Andrey Yermak və onun iki müavini daxildir. 

Rusiya tərəfdən Putinin köməkçisi Vladimir Medinski, Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, müdafiə nazirinin müavini Aleksandr Fomin danışıqlarda iştirak edir.

Qeyd edək ki, Prezident Volodimir Zelenski İstanbulda olsa da,  görüşlərində iştirak etməyəcək.O, görüşdən əvvəl Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 15-05-2025, 17:24