Ukraynalı keçmiş siyasətçi Madriddə Amerika məktəbinin qarşısında güllələnib

Çərşənbə günü səhər saatlarında naməlum silahlı şəxs və ya silahlı şəxslər keçmiş ukraynalı siyasətçi Andriy Portnovu Madridin Pozuelo məhəlləsindəki Amerika məktəbinin qapısı qarşısında güllələyib.
Reportyor.az xəbər verir ki, bu barədə istintaqa yaxın mənbə mediaya bildirib.
Madrid polisinin Reuters-ə verdiyi məlumata görə, polisə atışma ilə bağlı zəng yerli vaxtla səhər saat 9.15-də gəlib.
Cadena SER radiostansiyası bildirib ki, şəxs güllələnərkən uşaqlarını məktəbə aparırmış.
Portnov 2014-cü ildə devrilmiş Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin baş köməkçisi olub.
KARUSEL / DÜNYA
Tarix: 21-05-2025, 15:05