Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Mayın 21-i saat 17:00-a olan faktiki hava açıqlanıb.
Reportyor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin mayın 21-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, Gəncədə 18 m/s, Sabirabadda 17 m/s, Kəlbəcərdə 16 m/s, Bərdə, Biləsuvarda 15 m/s-dək güclənir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Aran rayonlarında 27, Naxçıvan MR-da 28, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.
KARUSEL / ÖLKƏ
Tarix: 21-05-2025, 18:19