XİN başçısı Abdullah bin Zayed Əl Nəhyan ilə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.
Reportyor.az XİN-ə istinadla xəbər verir ki, telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Telefon danışığı zamanı həmçinin digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
KARUSEL / SİYASƏT
Tarix: 22-05-2025, 09:00