Baş nazir:"Mən bu gün gözəl və sakit Laçın şəhərində əziz qardaşım Prezident İlham Əliyevlə görüşməkdən şərəf duydum"

"Mən bu gün gözəl və sakit Laçın şəhərində əziz qardaşım Prezident İlham Əliyevlə görüşməkdən şərəf duydum. Son Pakistan-Hindistan münaqişəsində Azərbaycanın Pakistana göstərdiyi sarsılmaz dəstəyə görə ona təşəkkür etdim".
Reportyor.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif X-də yazıb.
Baş nazir daha sonra əlavə edib: "Biz Pakistan-Azərbaycan əlaqələrini bütün sahələrdə dərinləşdirmək və regional sülh və tərəqqi naminə birgə işimizi davam etdirmək üçün ümumi əzmimiz olduğunu bir daha təsdiqlədik. Bu nümunəvi qardaşlıq ruhunu ürəkləri bir yerdə döyünən xalqlarımız arasındakı məhəbbət və məhəbbət rəhbər tutur.
Yaşasın Pakistan Azərbaycan dostluğu!"
KARUSEL / DÜNYA
Tarix: 27-05-2025, 21:22