mobil versiya

İsrailli nazir İordan çayının qərb sahilində “yəhudi İsrail dövlətini quracağıq” deyib





Müdafiə naziri İsrael Katz cümə günü hökumətin ərazidə 22 yeni yaşayış məntəqəsi yaratdığını elan etməsindən bir gün sonra işğal altındakı İordan çayının qərb sahilində “yəhudi İsrail dövləti” quracağına söz verib.

Reportyor.az bu barədə xarici mediay istinadla bildirir.

“Bu, bizim bu torpaqlara zərər vurmağa və bizim nəzarətimizi zəiflətməyə çalışan terror təşkilatlarına qəti cavabdır və bu həm də (Fransa prezidenti Emmanuel) Makron və onun tərəfdaşlarına açıq bir mesajdır: onlar Fələstin dövlətini kağız üzərində tanıyacaqlar, lakin biz burada yəhudi İsrail dövlətini yerin üstündə quracağıq” - bu barədə Katz ofisindən verilən açıqlamada bildirib.
KARUSEL / DÜNYA
Tarix: 30-05-2025, 16:25