mobil versiya

İsrail ordusu İordan çayının qərb sahilində üç fələstinlini öldürüb





İsrailin İordan çayının qərb sahilindəki Nur Şəms qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində biri uşaq olmaqla iki fələstinli həlak olub.

Reportyor.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Səhiyyə Nazirliyi İordan çayının qərb sahilindəki Tulkarm qaçqın düşərgəsində bir fələstinlinin bir gecədə İsrail ordusu tərəfindən vurularaq öldürüldüyünü bildirib.

İsrail ordusu cümə axşamı bildirib ki, Nur Şəmsdə “terror infrastrukturu”nu hədəf alan əməliyyat keçirib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA çoxlu sayda İsrail texnikası və ağır buldozerlərinin şəhərə hücum edərək Nur Şəms qaçqın düşərgəsinə doğru irəlilədiyini deyib.

Fələstin İslami Cihad Hərəkatının silahlı qanadı olan Əl Qüds Briqadaları verdiyi açıqlamada, İsrail ordusunun basqınının qarşısını almaq üçün hərbi buldozerdə güclü partlayıcıya malik bombanı işə saldıqlarını bildirib.
KARUSEL / DÜNYA
Tarix: 31-10-2024, 11:01