mobil versiya

İordan çayının qərb sahilində avtomobilə hücumu nəticəsində 5 fələstinli şəhid olub




İşğal altındakı İordan çayının qərb sahilindəki Tubas şəhərində İsrail qüvvələrinin bir avtomobilə endirdiyi hava hücumunda 5 fələstinli gənc şəhid olub, altıncısı isə ağır yaralanıb.

Fələstin Xəbər Agentliyinin (WAFA) verdiyi məlumata görə, xilasetmə qrupları hədəfə alınan avtomobildən beş şəhidin cəsədini çıxarıb, ağır yaralanan altıncı şəxs üçün isə reanimasiya işləri aparılır.
Bu hava hücumu işğal qüvvələrinin Tubasın cənubundakı Əl-Fara qaçqın düşərgəsində həyata keçirdiyi davam edən reydi ilə üst-üstə düşür.
Bu gün səhər saatlarında Qızıl Ayparadan olan mənbələr işğal qüvvələrinin Əl-Fara düşərgəsində bir gəncə dəfələrlə atəş açdığını bildirib. Daha sonra onu buldozerlə sürüyərək, yaxınlıqdakı həkim briqadalarının ona çatmasına və ya lazımi müalicəni göstərməsinə mane olublar. Onun səhhəti ilə bağlı hələlik təsdiqlənmiş məlumat yoxdur.
KARUSEL / DÜNYA
Tarix: 5-09-2024, 09:51