İordan çayının qərb sahilində terror aktı nəticəsində 3 İsrail polisi həlak olub

Bu barədə İsrail polisindən bildirilib.
Məlumata görə, fələstinli silahlı şəxslər İordan çayının qərb sahili ilə İsrail arasındakı keçid məntəqəsinin şərqində polis maşınına atəş açıblar və hadisə yerindən qaçıblar. Nəticədə 3 polis ölüb, 3 nəfər ağır yaralanıb.
İsrail polisinin komissarı Denni Levi bildirib ki, həlak olanlar İordan çayının qərb sahilindəki polis zabitləridir.
İsrail Müdafiə Qüvvələri (IDF) şübhəli şəxslərin axtarışlarının başladıldığını deyib.(apa)
KARUSEL / DÜNYA
Tarix: 1-09-2024, 12:28