BMT Qəzzada və İordan çayının qərbindəki insanlara ərzaq yardımı göndərəcək
BMT hazırda silahlı toqquşmaların davam etdiyi Qəzza sektorunda və İordan çayının qərb sahilindəki 800 mindən çox insana ərzaq yardımı göndərəcək.
Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı məlumat yayıb.
Bildirilir ki, Qəzza zolağında və İordan çayının qərb sahilində çətin şəraitlə üzləşən, qida, içməli su və digər əsas ehtiyaclara çıxışı olmayan 800 mindən çox insana ərzaq tədarükü üçün təcili yardım əməliyyatı başladılıb. Yardımların Qəzzaya çatdırılmasını təmin etmək üçün humanitar dəhlizlərin yaradılmasının, personalın və əsas ehtiyac materiallarının təhlükəsiz və maneəsiz keçidinin təmin olunmasının vacibliyi vurğulanıb.
Ötən müddət ərzində BMT-nin Yaxın Şərq Agentliyi ilə birgə 73 min insana hazır qida paylandığı, həmçinin Qəzzada və İordan çayının qərb sahilində 164 min insana maliyyə yardımının veriləcəyi bildirilib.
KARUSEL / DÜNYA
Tarix: 11-10-2023, 09:14