"Taliban" müxtəlif sahələr üçün BMT-dən əlavə yardım istəyir
"Taliban"ın iqtisadiyyat naziri Məhəmməd Hənif Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (OCHA) rəhbəri İzabelle Mussard Karlsen ilə görüşüb və Əfqanıstan xalqına müxtəlif sahələrdə əlavə yardım göstərilməsini istəyib.
"Khaama Press" xəbər verir ki, Hənif humanitar yardımı həyati əhəmiyyət kəsb edən, lakin kafi olmadığını izah edərkən, Birləşmiş Millətlər Təşkilatının Əfqanıstanda inkişaf layihələri başlatması lazım olduğunu söyləyib. "Taliban" İqtisadiyyat Nazirliyi mətbuata açıqlamasında bildirib ki, nazir Hənif cümə axşamı günü BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) rəhbəri ilə görüşüb və o, humanitar yardımın bu sahədə xalqımız üçün böyük əhəmiyyət daşıdığını deyib. Bununla belə, BMT və beynəlxalq yardım təşkilatları ölkədə inkişaf layihələrinin həyata keçirilməsinə diqqət yetirməlidirlər.
OCHA daha əvvəl bəyan etmişdi ki, son beş ay ərzində BMT təşkilatı Əfqanıstanda 17 milyondan çox insana yardım edib. OCHA-nın məlumatına görə, bu yardımlar bütün Əfqanıstanda ehtiyacı olan ailələr üçün təhsil, qida çatışmazlığı, səhiyyə, sığınacaq, qida və təmiz su sahələrində diqqət mərkəzində olub. Öz növbəsində, İzabelle, BMT OCHA-nın son iki ay ərzində ölkənin müxtəlif bölgələrində 17.500.000-dən çox insana həyati xilasetmə xidmətləri göstərdiyini söylədi.
KARUSEL / DÜNYA
Tarix: 19-06-2023, 11:57